"Liverpul" ardıcıl üçüncü dəfə İngiltərə Kubokunun 1/16 finalında mübarizəni dayandırıb - VİDEO

"Liverpul" ardıcıl üçüncü dəfə İngiltərə Kubokunun 1/16 finalında mübarizəni dayandırıb - VİDEO "Enfild" stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb
Futbol
28 Yanvar , 2018 02:57
Liverpul ardıcıl üçüncü dəfə İngiltərə Kubokunun 1/16 finalında mübarizəni dayandırıb - VİDEO

Bakı. 28 yanvar. REPORT.AZ/ "Vest Bromviç Albion" futbol üzrə İngiltərə Kubokunun 1/16 final mərhələsində "Liverpul"a qalib gəlib.

“Report” xəbər verir ki, Liverpulun "Enfild" stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Liverpul" ardıcıl olaraq üçüncü il İngiltərə Kubokunun 1/16 mərhələsində mübarizəni dayandırmış olub. "Vest Bromviç Albion" isə Kubokun 1/8 finalına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi