​Lionel Messi: "Real Madrid"in qələbə qazanmasını istəmirlər"

​Lionel Messi: "Real Madrid"in qələbə qazanmasını istəmirlər" "Biz öz işimizlə məşğul olmalıyıq"
Futbol
10 May , 2016 10:08
​Lionel Messi: Real Madridin qələbə qazanmasını istəmirlər

Bakı. 10 may. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Lionel Messi çıxış etdiyi klubun digər komandalarla münasibətindən danışıb. "Report"un məlumatına görə, argentinalı hücumçu əzəli rəqibləri "Real Madrid" haqda fikirlərini bildirib.

O, Madrid təmsilçisinin qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalına vəsiqə qazandığını xatırladaraq, "Barsa"nın hazırkı vəziyyətindən söz açıb: "Azarkeşlərimiz istəyirlər ki, "Real Madrid" heç vaxt qələbə qazanmasın. Qarşı tərəfdəkilər də bizə bunları arzu edir. Ancaq "Real Madrid" finaldadır, biz isə öz işimiz haqda düşünməliyik. Ölkə çempionatının qalibi olmaq və İspaniya Kubokunu qazanmaq heç də pis olmaz. Ancaq hər şey bu qədər sadə deyil".

Messi ölkə çempionatındakı rəqibləri haqda da fikirlərini söyləyib: "Biz "Real Madrid", "Atletiko Madrid", "Sevilya", Vilyarreal" kimi klublarla yarışırıq. Bunlar ciddi komandalardır. Bu səbəbdən, biz bundan zövq almalıyıq".

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada çıxış etdiyi 32 oyunda 26 qol vurub.

Son xəbərlər

Orphus sistemi