Yuxarı

Lionel Messi "Barselona"da Ronald Kumana məxsus rekordu təkrarlayıb

Hücumçu buna Atletiklə İspaniya Kuboku matçında nail olub

Bakı. 11 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında komandanın sabiq üzvü Ronald Kumana çatıb. 

"Report"un məlumatına görə, argentinalı hücumçu buna ölkə kubokunun 1/8 final mərhələsinin evdə "Atletik"ə 3:1 hesabı ilə qalib gəldikləri cavab görüşündə nail olub.

O, matçın 78-ci dəqiqəsində cərimə zərbəsindən ümumilikdə 26-cı qolunu vurub. Bu isə klub tarixində ən yaxşı göstəricidir. Standart vəziyyətdən vurulan qol "Barselona"ya 3:1 hesablı qələbə qazandırıb. Bu münasibətlə hollandiyalı Kuman sosial şəbəkədəki şəxsi hesabından Messini təbrik edib. O, yeni rekorda bir qolun qaldığını bildirib.

"Barselona"nın daha bir üzvü Luis Suares isə həmin görüşdə 100-cü qolunu vurub. Uruqvaylı futbolçu buna 120-ci oyununda nail olub.

Qeyd edək ki, "Barselona" bu qələbə sayəsində ilk görüşdəki 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıb və 1/4 finala yüksəlib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi