Lionel Messi Cengiz Ünderlə görüşməkdən imtina edib

Lionel Messi Cengiz Ünderlə görüşməkdən imtina edib Bakı. 11 aprel. REPORT.AZ/ İtaliyanın Roma və İspaniyanın Barselona komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib.
Futbol
11 Aprel , 2018 14:49
Lionel Messi Cengiz Ünderlə görüşməkdən imtina edib

Bakı. 11 aprel. REPORT.AZ/ İtaliyanın "Roma" və İspaniyanın "Barselona" komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib. 

"Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, "Barselona"nın hücumçusu Lionel Messi "Roma"nın türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderə laqeyd münasibət göstərib. 

Messi Cengizlə miks-zonada üz-üzə gəlib. Ünder salamlaşmaq üçün bir müddət argentinalı forvardın üzünə baxsa da, məşhur futbolçu özünü görməzliyə vuraraq, başını aşağı salıb və stadionu tərk edib. 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya 1:4 hesabı ilə məğlub olan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi