Yuxarı
    Bağlamaq

    Lionel Messi “Barselona” ilə yeni müqavilə üçün tələsməməyə qərar verib

    Argentinalı hücumçu Kataloniya təmsilçisinin transfer bazarındakı fəaliyyətinin nəticələrini gözləmək niyyətindədir

    Bakı. 22 avqust. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə mövcud müqaviləsinin müddətini uzatmağa tələsməməyi qərara alıb.

    “Report” “Marca”ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Kataloniya təmsilçisinin transfer bazarındakı fəaliyyətinin nəticələrini gözləmək niyyətindədir. Onun klubun transfer siyasətindən narazı olduğu bildirilir. 

    Qeyd edək ki, ötən ay tərəflər müqavilə müddətinin 2021-ci ilədək uzadılmasına dair razılıq əldə etmişdilər. Argentinalı futbolçunun hazırkı müqaviləsi 30 iyun 2018-ci ilə qədərdir. Bir neçə gün öncə İngiltərənin “Mançester Siti” klubunun Messi üçün 300 milyon avro ödməyə hazır olduğuna dair xəbərlər çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi