Lionel Messi Argentina millisinin heyətinə müdaxilə etməsi ilə bağlı iddialara cavab verib

Lionel Messi Argentina millisinin heyətinə müdaxilə etməsi ilə bağlı iddialara cavab verib 30 yaşlı futbolçu hazırda Moskvadadır
Futbol
8 Noyabr , 2017 17:18
Lionel Messi Argentina millisinin heyətinə müdaxilə etməsi ilə bağlı iddialara cavab verib

Bakı. 8 noyabr. REPORT.AZ/ Argentina millisinin futbolçusu Lionel Messi heyətin müəyyənləşdirilməsində komandanın baş məşqçisi Xorxe Sampaoliyə məsləhət verməsi ilə bağlı iddiaları rədd edib.

“Report” xəbər verir ki, 30 yaşlı hücumçu “TyC Sports”a açıqlamasında Argentina yığmasını idarə etmədiyini söyləyib. Cənubi Amerika təmsilçisinin və İspaniyanın “Barselona” komandasının lideri bu barədə deyilənlərin doğru olmadığını bildirib: “Heç vaxt start heyəti üçün oyunçu seçməmişəm. Həmçinin yığmaya kimlərin çağırılmalı olduğunu söyləməmişəm”.

Qeyd edək ki, Lionel Messi hazırda Moskvadadır. Argentina millisi noyabrın 11-də Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Son xəbərlər

Orphus sistemi