"Lion" - "Beşiktaş" matçı nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə sonra start götürüb - VİDEO - YENİLƏNİB

"Lion" - "Beşiktaş" matçı nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə sonra start götürüb - VİDEO - YENİLƏNİB Matç Bakı vaxtı ilə saat 23:05-də başlamalı idi
Futbol
13 Aprel , 2017 23:20
Lion - Beşiktaş matçı nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə sonra start götürüb - VİDEO - YENİLƏNİB
Courtesy İmage

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında Fransanın "Lion" və Türkiyənin "Beşiktaş" komandaları arasındakı 1/4 final mərhələsinin ilk oyununun startı nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə sonra start götürüb. 

"Report"un məlumatına görə, buna səbəb tribunada iki komandanın azarkeşləri arasında baş vermiş insident olub.

***23:20

Futbol üzrə Avropa Liqasında Fransanın "Lion" və Türkiyənin "Beşiktaş" komandaları arasındakı 1/4 final mərhələsinin ilk oyununun startı ləngiyir. 

"Report"un məlumatına görə, buna səbəb tribunada iki komandanın azarkeşləri arasında baş vermiş insidentdir.

"Lion" fanatları atılan səs bombaları üzündən meydana enib. Mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra onlar tribunaya qayıdıblar. Hazırda oyunun başlaması üçün hakimlərin icazəsi gözlənilir.

Qeyd edək ki, "Lion" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 23:05-də başlamalı idi. 

Son xəbərlər

Orphus sistemi