"Lill" klubunun baş məşqçisi: "Məğlubiyyət bizim üçün böyük uğursuzluq olacaq"

"Lill" klubunun baş məşqçisi: "Məğlubiyyət bizim üçün böyük uğursuzluq olacaq" Frederik Antonetti: "Məğlub olacağımız təqdirdə istefa verib-verməyəcəyimlə bağlı nəsə deyə bilmərəm"
Futbol
3 Avqust , 2016 20:05
Lill klubunun baş məşqçisi: Məğlubiyyət bizim üçün böyük uğursuzluq olacaq

Bakı. 3 avqust. REPORT.AZ/ "Sabahkı oyunda komandamızın nəyə qadır olduğunu layiqincə sübut edəcəyik". 

"Report"un məlumatına görə, bunu Fransanın "Lill" komandasının baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə keçiriləcək cavab görüşüöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Fransalı mütəxəssis bildirib ki, "Lill"in ilk oyunda zəif təsir bağışladığını demək olmaz: "Ancaq həmin oyundan sonra müəyyən nəticələr çıxarmışıq. Futbolçularımızın bir hissəsi ilk oyunda iştirak etmədi. Bəlkə də bununla əlaqədar yaxşı nəticə göstərə bilmədik. "Qəbələ" səddini keçə bilməsək, bizim üçün böyük uğursuzluq olacaq. Futbolda həm məğlubiyyət, həm də qələbə olur. Məğlub olacağımız təqdirdə istefa verib-verməyəcəyimlə bağlı nəsə deyə bilmərəm. "Qəbələ"nin yaxşı oynayacağını gözləyirdik. Çünki güclü komandadır. Onların nəyə qadir olduğunu öyrənmişik".

F.Antenotti komandasının heç də zəif olmadığını söyləyib: "Düşünürəm ki, biz də "Qəbələ" kimi güclüyük və məqsədimiz eynidir. Bizim öz taktikamız var. Hücum futbolu oynaya bilərik, ya yox, bu sabah məlum olacaq. Böyük ehtimalla Ederi də heyətdə görəcəyik. Futbolçularımızın oyunundan razıyıq".

Son xəbərlər

Orphus sistemi