Yuxarı

Leykemiyadan əziyyət çəkən Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb

​Leykemiyadan əziyyət çəkən Sinişa Mixayloviç xəstəxanadan evə buraxıl

Leykemiyadan əziyyət çəkən İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 yaşlı serbiyalı mütəxəssisin iyulun 18-də başlayan birinci kimyaterapiya kursu uğurla başa çatıb.

Bildirilir ki, müalicə prosesi vaxtı həkimlər tərəfindən heç bir problem aşkarlanmayıb.

Qeyd edək ki, “Boloniya” ilə 2022-ci ilə qədər müqaviləsi olan Mixayloviç leykemiya aşkarlanandan sonra postunda qalmağa qərar verib. O, ötən həftə “Boloniya”nın A seriyasının I turunda səfərdə 1:1 hesabı ilə məğlub etdiyi oyunda komandasının başında olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi