Levandovski stadionda spirtli içki qəbul etdiyi üçün cəzalandırıla bilər - FOTO

Levandovski stadionda spirtli içki qəbul etdiyi üçün cəzalandırıla bilər - FOTO Polşa polisinə məlumat daxil olub
Futbol
24 Oktyabr , 2015 15:07
Levandovski stadionda spirtli içki qəbul etdiyi üçün cəzalandırıla bilər - FOTO

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun və Polşa milli komandasının futbolçusu Robert Levandovski "Kütləvi tədbirlərdə təhklükəsizlik haqqında" Qanunu pozub. "Report" xəbər verir ki, bu barədə Polşa polisinə anonim məlumat daxil olub.

Levandovski AVRO-2016-nın seçmə qrup matçında Polşanın İrlandiyanı 2:1 hesabı ilə yenərək, final mərhələsinə vəsiqəni təmin etdiyi oyundan sonra bir neçə qurtum şampan içib. Hərçənd, oyun zamanı o, qələbə topunun müəllifi olub.

Polşa qanunvericiliyinə əsasən, kütləvi tədbirlər zamanı 3,5 faizdən artıq alkoqollu içki qəbuluna qadağa qoyulub. Agenti Levandovskinin olaya ciddi əhəmiyyət vermədiyini açıqlayıb.

Qeyd edək ki, Robert Levandovski hazırda ən yaxşı formada olan futbolçulardandır. Polşalı hücumçu bu mövsüm Almaniya Bundesliqasında 12 qol vurub. Millidə isə o, 13 qolla AVRO-2016-nın seçmə mərhələsinin bombardiri olub. 

Son xəbərlər

Orphus sistemi