Levandovski Çempionlar Liqasının 5 ən yaxşı bombardiri siyahısına daxil olub

Levandovski Çempionlar Liqasının 5 ən yaxşı bombardiri siyahısına daxil olub Münhenin Bavariya futbol klubunun polşalı hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun Yunanıstanın Olimpiakos klubu ilə matçında (3:2) dublunu rəsmiləşdirib və yarış tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yerə çıxıb.
Futbol
23 Oktyabr , 2019 08:39
Levandovski Çempionlar Liqasının 5 ən yaxşı bombardiri siyahısına daxil olub

Münhenin "Bavariya" futbol klubunun polşalı hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun Yunanıstanın "Olimpiakos" klubu ilə matçında (3:2) dublunu rəsmiləşdirib və yarış tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yerə çıxıb.

"Report"un məlumatına görə, bununla da Levandovskinin hesabındakı qolların sayı 58-ə çatıb.

O, bu nəticə ilə "Mançester Yunayted" və "Real"ın keçmiş hücumçusu Rud van Nistelroyu qabaqlayıb. Nistelroyun hesabındakı qolların sayı 56 olub.

Çempionlar Liqasında ən çox qolları Kriştianu Ronaldu (127 qol), Lionel Messi (112 qol), Raul (71 qol)Kərim Benzema (60 qol) vurublar.

Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir. Otuz bir yaşlı hücumçu hazırkı mövsümdə Almaniya çempionatının 8 matçında iştirak edib. Hücumçu bu oyunlarda 12 qol vurub.

Onun hesabında həmçinin Çempionlar Liqasının 3 matçında 5 qol var. Bugünlərdə nüfuzlu fransız nəşri "France Football" Levandovskinin adını "Qızıl top"a iddialıların siyahısına salıb.

Son xəbərlər

Orphus sistemi