"Lester" klubunun futbolçularına avtomobil və Las Veqasa səyahət hədiyyə olunacaq

"Lester" klubunun futbolçularına avtomobil və Las Veqasa səyahət hədiyyə olunacaq Klubun sahibi Vişay Şrivaddanaprabha əlavə mükafatlar verəcək
Futbol
5 May , 2016 12:31
Lester klubunun futbolçularına avtomobil və Las Veqasa səyahət hədiyyə olunacaq

Bakı. 5 may. REPORT.AZ/ Bu mövsüm İngiltərə çempionu adını qazanan "Lester" klubunun  futbolçuları əlavə mükafat alacaqlar. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, klubun sahibi Vişay Şrivaddanaprabha əsas komandanın hər bir oyunçusuna "Mercedes" markalı avtomobil hədiyyə edəcək. 

Avtomobillərin bazar qiyməti 32670 funt sterlinqdir. Bundan başqa, Şrivaddanaprabha öz hesabına bütün komandaya ABŞ-ın Las Veqas şəhərinə səfər vəd edib. Baş məşqçi Klaudio Ranyeri isə 5 milyon funt sterlinq mükafat qazanacaq. 

Qeyd edək ki, "Lester" mayın 2-də "Çelsi"nin "Tottenhem"lə 2:2 hesablı heç-heçə etməsindən sonra tarixində ilk dəfə çempion olub. Premyer Liqanın son 2 turunda "tülkülər" mayın 7-də "Everton"la evdə, mayın 15-də "Çelsi" ilə səfərdə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi