Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub

Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.
Futbol
12 Mart , 2018 16:08
Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub

Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. O, işinin icrasına cari mövsüm başa çatdıqdan sonra başlayacaq. Slutski Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.

Qeyd edək ki, Erediviziyada çıxış edən “Vitess” 27 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırkı baş məşqçisi Henk Freyzer cari mövsümün yekununda postunu tərk edəcək. Son iş yeri İngiltərə “Hall Siti”si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi