Latviyanın "Skonto" futbol klubu hərraca çıxarılıb

Latviyanın "Skonto" futbol klubu hərraca çıxarılıb Məhkəmə "Skonto"nu borcunu ödəyə bilməyən klub elan edib
Futbol
29 Aprel , 2017 06:57
Latviyanın Skonto futbol klubu hərraca çıxarılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Latviyanın Riqa şəhərini təmsil edən "Skonto" klubu satışa çıxarılıb.

"Report" "Delfi" portalına istinadən xəbər verir ki, Latviya Futbol Federasiyasının cümə günü keçirilən konqresində klubun satışa çıxarıldığı elan olunub.

Məbləği açıqlanmayan paketdə hazırda futbolçulara məxsus olan "Skonto" əmtəə nişanının alınması təklif olunur.

Bildirilir ki, klubun borcları "Skonto"nun yeni sahibinə aid edilməyəcək.

Ötən ilin dekabrında məhkəmə "Skonto"nu ödəniş qabiliyyəti olmayan klub elan edib.

"Skonto" 14 dəfə Latviya çempionu olub və 8 dəfə ölkə kubokuna sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi