La Liqanın prezidenti Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdə ittiham edib

La Liqanın prezidenti Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdə ittiham edib Bakı. 18 avqust. REPORT.AZ/ İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdə ittiham edib.
Futbol
18 Avqust , 2018 10:43
La Liqanın prezidenti Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdə ittiham edib

Bakı. 18 avqust. REPORT.AZ/ İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdə ittiham edib.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, təşkilatçı qurumun rəhbəri oyunçu transferində mənbəyi bilinməyən vəsaitdən istifadə olunduğunu deyib. O, İtaliyanın “İnter” klubunun “Real Madrid”in futbolçu Luka Modriçi transfer etmək istəməsini şübhəli sayır: “Yalnız PSJ-ni və ya Kriştianu Ronaldunu alan “Yuventus”u nəzərdə tutmuram. Futbolçulara ödəməyə vəsaiti olmayan “İnter” Modriçə mənbəyi bilinməyən böyük məbləğdə pul təklif edir. Onların təklifi şübhəlidir".

Tebas deyib ki, Braziliya millisinin hücumçusu Neymarın 222 milyon avro qarşılığında İspaniyanın “Barselona” klubundan Fransa təmsilçisi PSJ-yə transfer olunması da şübhəlidir: “PSJ fırıldaqlarla dolu olan bir klubdur. “Mançester Siti”də həmçinin. Bu, bazardakı sabitliyin pozulmasına səbəb olur”.

Qeyd edək ki, futbol tarixində ən böyük məbləğ Neymarın keçidi üçün ödənilib.

Son xəbərlər

Orphus sistemi