Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın futbol üzrə milli komandaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar.
“Report” xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Matça azarkeşlər və əcnəbi jurnalistlər buraxılmayıb. Bununla belə, görüşü canlı izləyənlər arasında FIFA prezidenti Canni İnfantino da olub.
Bu komandalar 2010-cu il dünya çempionatının seçmə mərhələsində də eyni qrupa düşüblər. Həmin vaxt KXDR rəqibini Çində qəbul edib.
Qeyd edək ki, 3 turdan sonra H qrupunda liderliyi bölüşən hər iki komandanın hesabında 7 xal var.