Kurban Berdıyev "Rubin" komandasının baş məşqçi postuna qayıdıb

Kurban Berdıyev "Rubin" komandasının baş məşqçi postuna qayıdıb Müqavilə uzunmüddətli olacaq
Futbol
9 İyun , 2017 13:28
Kurban Berdıyev Rubin komandasının baş məşqçi postuna qayıdıb

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyanın "Rubin" klubu və Kurban Berdıyev arasında təcrübəli mütəxəssisin baş məşqçi postuna qayıdışına dair prinsipial razılıq əldə olunub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Kazan təmsilçisinin baş direktoru Rustam Sayaxov açıqlama verib.

O, Berdıyevlə müqavilənin uzunmüddətli, yaxşı işlənilib-hazırlanmış və strukturlu olmasının nəzərdə tutulduğunu bildirib. Sayaxov bütün detalların razılaşdırılmasından sonra anlaşmanın imzalanacağını söyləyib.

Artıq 64 yaşlı mütəxəssis işinin icrasına başlayıb. Komanda sabah ilk təlim-məşq toplanışına yollanacaq. 

Türkmənistanlı baş məşqçi son olaraq, "Rostov"da baş məşqçi vəzifəsində çalışıb. O, "Rubin"də yeni istefaya göndərilmiş Xavi Qrasiyanı əvəzləyib.

Qeyd edək ki, Kurban Berdıyev 2001 - 2013-cü illərdə də "Rubin"in baş məşqçisi olub. O komandaya iki dəfə (2009, 2012) Rusiya çempionluğu, bir dəfə (2012) ölkə kubokunu, iki dəfə (2010, 2012) superkubok qazandırıb. Berdıyevin rəhbərliyi altında Kazan komandası 2012-2013 mövsümündə "Neftçi" ilə birgə yer aldığı qrup mərhələsini dəf edərək, Avropa Liqasında 1/4 finaladək irəliləyib.

Son xəbərlər

Orphus sistemi