"Kukesi"nin prezidenti: "Komandamız "Qarabağ"ın qapısına zərbə vura bilmədi"

"Kukesi"nin prezidenti: "Komandamız "Qarabağ"ın qapısına zərbə vura bilmədi" Bakı. 26 iyul. REPORT.AZ/ Kukesi bu oyunda parlamadı, lakin həqiqətən yaxşı müdafiə olunurdu.
Futbol
26 İyul , 2018 12:14
Kukesinin prezidenti: Komandamız Qarabağın qapısına zərbə vura bilmədi
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ "Kukesi" bu oyunda parlamadı, lakin həqiqətən yaxşı müdafiə olunurdu".

“Report” vipsport.al saytına istinadən xəbər verir ki, bunu Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Qarabağ”la ilk matçdakı qolsuz heç-heçədən sonra “Kukesi”nin prezidenti Safet Citsi söyləyib. 

O, komandasının oyununda heç bir emosiya olmadığını vurğulayıb: "Komandamız "Qarabağ"ın qapısına zərbə vur bilmədi. "Kukesi" evdə qalib gəlməli idi. Hər şey səfərdə həll olunacaq. Futbolçulara vəd edilən mükafat cavab oyunundakı nəticədən asılıdır".  

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi