"Kukesi"nin baş məşqçisi: "Qarabağ" bir çox keyfiyyətlərə malikdir"

"Kukesi"nin baş məşqçisi: "Qarabağ" bir çox keyfiyyətlərə malikdir" Bakı. 25 iyul. REPORT.AZ/ Ümumiyyətlə, yaxşı matç idi. Bizim üçün asan olmadı. Qarabağ bir çox keyfiyyətlərə malikdir. Qarşılaşmada 2 və ya 3 yaxşı qol epizodumuz oldu. Əgər daha açıq oynasaydıq, cəzalandırılacağımızı əminliklə deyə bilərəm.
Futbol
25 İyul , 2018 23:55
Kukesinin baş məşqçisi: Qarabağ bir çox keyfiyyətlərə malikdir

Bakı. 25 iyul. REPORT.AZ/ "Ümumiyyətlə, yaxşı matç idi. Bizim üçün asan olmadı. "Qarabağ" bir çox keyfiyyətlərə malikdir. Qarşılaşmada 2 və ya 3 yaxşı qol epizodumuz oldu. Əgər daha açıq oynasaydıq, cəzalandırılacağımızı əminliklə deyə bilərəm".

"Report"un məlumatına görə, bunu Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Armando Kunku Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"la heç-heçə (0:0) etdikləri oyundan sonra söyləyib.

45 yaşlı mütəxəssis müdafiə taktikasına üstünlük verməsini belə izah edib: "Standart vəziyyətlərdən və əks-hücumlardan istifadə etmək istəyirdik. Səssiz olsaydıq, rəqibi cəzalandıra bilərdik. Başqa taktika olsaydı, bu nəticə olmayacaqdı. Buna görə də, çox müdafiəçi ilə oynadıq. Biz bunu hər iki hissədə etdik. Lakin hücumda daha çox şey edə bilmədik. Ən yaxşı seçimi etdik. Cavab görüşü çətin keçəcək, amma nəticəni demək olmaz. Biz öz oyunumuzu sərgiləməyə və imkanlarımızdan maksimum yararlanmağa yollanacağıq".

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi