Yuxarı
    Bağlamaq

    Adil Şükürov: "Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq"

    Zirənin azsaylı azarkeşləri baş məşqçini istefaya səsləyiblər

    Bakı. 21 dekabr. REPORT.AZ/ "Neftçi"ni təbrik edirəm. İki oyunun nəticəsinə görə qalib gəlib, yarımfinala çıxdı". 

    "Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

    Zirəlilər səfərdə 2:1 hesablı qələbə qazansa da, 2 oyunun nəticəsinə görə mübarizəni dayandırıb. Şükürov komandasının qələbə üçün əlindən gələni etdiyini söyləyib: "Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq".

    "Zirə"nin azsaylı azarkeşləri baş məşqçini istefaya səsləyiblər. Şükürov buna belə münasibət göstərib: "Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar stabil çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq".

    Gənc mütəxəssis qış fasiləsi ilə bağlı də danışıb: "Bəzi planlarımız var. Çalışacağıq ki, onları həyata keçirək. Amma kimləri göndərib, kimləri gətirəcəyimizi demək hələ tezdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi