Adil Şükürov: "Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq"

Adil Şükürov: "Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq" "Zirə"nin azsaylı azarkeşləri baş məşqçini istefaya səsləyiblər
Futbol
21 Dekabr , 2016 19:35
Adil Şükürov: Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ "Neftçi"ni təbrik edirəm. İki oyunun nəticəsinə görə qalib gəlib, yarımfinala çıxdı". 

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

Zirəlilər səfərdə 2:1 hesablı qələbə qazansa da, 2 oyunun nəticəsinə görə mübarizəni dayandırıb. Şükürov komandasının qələbə üçün əlindən gələni etdiyini söyləyib: "Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq".

"Zirə"nin azsaylı azarkeşləri baş məşqçini istefaya səsləyiblər. Şükürov buna belə münasibət göstərib: "Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar stabil çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq".

Gənc mütəxəssis qış fasiləsi ilə bağlı də danışıb: "Bəzi planlarımız var. Çalışacağıq ki, onları həyata keçirək. Amma kimləri göndərib, kimləri gətirəcəyimizi demək hələ tezdir". 

Son xəbərlər

Orphus sistemi