Yuxarı

Kuba və ABŞ yığmaları arasında 69 ildən sonra futbol matçı keçirilib - VİDEO

Görüşü Co Baydenin xanımı da izləyib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Kuba və ABŞ-ın futbol üzrə yığma komandaları arasında 1947-ci ildən sonra ilk dəfə yoldaşlıq görüşü keçirilib. "Report"un məlumatına görə, Havanadakı Pedro Marrero adına stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 62-ci dəqiqədə Kris Vondolovski, 71-ci dəqiqədə isə Culian Qrin vurub.

Görüşü ABŞ vitse-prezidenti Co Baydenin xanımı Cill Bayden də izləyib. Həmin vaxt o, Kubada qeyri-rəsmi mədəni tanışlıq səfərində olub. İki ölkə 2014-cü ildə diplomatik münasibətləri bərpa etmək istəklərini açıqlayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi