Kriştianu Ronaldu vergi cinayətinə yol verdiyini boynuna alıb

Kriştianu Ronaldu vergi cinayətinə yol verdiyini boynuna alıb Bakı. 22 yanvar. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.
Futbol
22 Yanvar , 2019 14:28
Kriştianu Ronaldu vergi cinayətinə yol verdiyini boynuna alıb

Bakı. 22 yanvar. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bu gün baş tutan məhkəmədə 23 aylıq həbsə və 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Lakin cəza müddəti 2 ildən çox olmadığına görə, İspaniya qanunlarına əsasən, şərti xarakter daşıyır.

Qeyd edək ki, Ronaldu 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu. 2009-cu ildən “Real Madrid”də çıxış edən forvard ötən yay “Yuventus”a keçib.

Son xəbərlər

Orphus sistemi