Kriştianu Ronaldu üçün 180 milyon avro ödəməyə hazır olan klublar var

Kriştianu Ronaldu üçün 180 milyon avro ödəməyə hazır olan klublar var Avropa və Çin klubları yüksək məbləğ ödəmək niyyətindədir
Futbol
7 İyun , 2017 14:36
Kriştianu Ronaldu üçün 180 milyon avro ödəməyə hazır olan klublar var

Bakı. 7 iyun. REPORT.AZ/ Avropanın bir neçə klubu İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronalduya maraq göstərməyə başlayıb. 

"Report"un "A Bola"ya istinadən verdiyi məlumata görə, bunların arasında "Mançester Yunayted", PSJ və "Monako" da var.

Mənbə bildirir ki, İngiltərə və Fransa klubları Portuqaliya yığmasının hücumçusundan ötrü 180 milyon avro ödəməyə hazırdır. Çin təmsilçilərinin də səxavət nümayiş etdirməkdə onlardan geri qalmadıqları vurğulanır.

Lakin Ronaldunu almaq asan olmayacaq. Çünki "Real Madrid"in prezidenti Florentino Peres 32 yaşlı forvardı hətta 200 milyon avroya transferə çıxarmaqdan da imtina edib.

Qeyd edək ki, Kriştianu Ronaldunun "kral klubu" ilə 2021-ci ilin yayınadək müqaviləsi var. 

Son xəbərlər

Orphus sistemi