Yuxarı

Kriştianu Ronaldu: "Ermənistan Portuqaliyaya niyə gəlmişdi?"

Onlar bütün oyun boyu müdafiə olundular və heç nə etmədilər

Bakı. 15 noyabr. REPORT.AZ/ Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu futbol üzrə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gəldikləri Ermənistan yığmasını təkcə yaşıl meydanda yox, sərt açıqlaması ilə də məyus edib. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu rəqib komandanın baş məşqçisi Bernard Şallandın dediklərinə tutarlı cavab verib.

Şalland oyun öncəsi Portuqaliya tərəfinin Ermənistan yığmasına məşq imkanı yaratmamasından və avtobus sürücüsünün stadiona yol tapa bilməməsindən şikayətlənib. Ronaldu isə deyib ki, məğlub olan həmişə bəraət axtarır: "Ermənilər Portuqaliyaya niyə gəlmişdilər? Onlar bütün oyun boyu müdafiə olundular və heç nə etmədilər. Kim risk etmirsə, heç vaxt da qalib gəlmir".

Qeyd edək ki, Ermənistan millisi Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Yeganə qolu müdafiədəki səhvdən sonra Kriştianu Ronaldu vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi