Yuxarı

"Krasnodar"ın baş məşqçisi: "Qəbələ"dən güclü idik"

Krasnodarınn baş məşqçisi Oleq Kononov Qəbələ ilə oyun haqqında fikirlərini bölüşüb

Bakı. 11 dekabr. REPORT.AZ/ "Vacib qələbə qazandıq və birinci yeri təmin etdik. Klubu və futbolçuları təbrik edirəm. Yaxşı oyun keçirdik və layiqli qələbə qazandıq". "Report"un məlumatına görə, bunu "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib.

Qeyd edək ki, "Qəbələ"-"Krasnodar" qarşılaşması 0-3 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb.

Avropa Liqasının qrup mərhələsinin son oyununda "Qəbələ" ilə baş tutmuş görüşdən sonra keçirilmiş mətbuat konfransında baş məşqçi bunları bildirib: "2015-ci ilin ikinci hissəsini yaxşı qiymətləndirirən. Yaxşı başlamadıq, amma sona yaxın toparlandıq və Avropa Liqasında inamlı qələbələr qazandıq. Bu siyahıya "Borussiya" üzərində qələbəni də əlavə edərdim. Futbolçularıma öz oyunumuzu göstərmək tapşırığı vermişdik. "Qəbələ"nin hücumdan geri qayıtmağı ləng idi. Qrupda yaxşı nəticə göstərməyimizin səbəbi öz üzərimizdə işləmək idi. Üstəlik bir neçə futbolçumuz vardı ki, onlar biz istəyə tapşırıqları bu ərəfələrdə daha yaxşı yerinə yetirməyə başladılar. Hiss olunurdu ki, bu gün biz "Qəbələ"dən güclü idik. Təbii ki, qapıçı da yaxşı çıxış edirdi".
O.Kononov futbolçu Arinin komandada qalacağını söyləyib: "Onun 2016-cı ilin yayına qədər müqaviləsi var. O, bizim komandanın üzvüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi