Yuxarı

"Krasnodar"ın baş məşqçisi: "Meydanda yaxşı futbol gördük"

Qəbələ ilə oyun bizim üçün asan olmadı

Krasnodar. 2 oktyabr. REPORT.AZ/ "Qəbələ" çox yaxşı komandadır. Bu oyunda meydanda yaxşı futbol gördük. Son dəqiqələrdə fərqləndik, amma bir neçə qol da vura bilərdik".

"Report"un məlumatına görə, bunu "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilmiş oyundan sonra "Krasnodar"ın baş məşqçisi Oleq Kanonov deyib.

"Qəbələ" hücuma keçdiyində müdafiədə boşluqlar olurdu. Amma bizim üçün asan oyun olmadı. İlk 20-30 dəqiqədə bir neçə qol vura bilərdik. Qələbəyə görə şadıq", - deyə baş məşqçi bildirib.

O, komandanın qarşıda çətin oyunlarının olduğunu söyləyib: "Həm çempionat, həm kubok, həm də Avropa Liqasında çətin oyunlarımız var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi