Koutinyo "Barselona"da 14 nömrə altında çıxış edəcək

Koutinyo "Barselona"da 14 nömrə altında çıxış edəcək Əvvəllər bu nömrə müdafiəçi Xavyer Maskeranoya məxsus olub
Futbol
24 Yanvar , 2018 22:43
Koutinyo Barselonada 14 nömrə altında çıxış edəcək

Bakı. 24 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubunun yeni futbolçusu Filippe Koutinyo komandada 14 nömrə altında çıxış edəcək.

“Report” xəbər verir ki, bu barədə "göy-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl 14 nömrə altında hazırda Çinin "Hebey Çayna Forçun" klubuna keçən müdafiəçi Xavyer Maskeranoya məxsus idi.

"Barselona"da 14 nömrə altında vaxtilə əfsanəvi holland futbolçu Yohan Kruiff çıxış edib.

Koutinyo "Liverpul"da 10 nömrə altında çıxış edirdi. 

Son xəbərlər

Orphus sistemi