Kosovo yığmasının baş məşqçisi: "Azərbaycan yığmasına qarşı mərhəmətli yox, ehtiyatlı olmalıyıq"

Kosovo yığmasının baş məşqçisi: "Azərbaycan yığmasına qarşı mərhəmətli yox, ehtiyatlı olmalıyıq" Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan millisi aqressiv, güclü komandadır və qrupun birincisidir. Buna görə də biz ehtiyatlı olmalıyıq.
Futbol
3 Sentyabr , 2018 15:13
Kosovo yığmasının baş məşqçisi: Azərbaycan yığmasına qarşı mərhəmətli yox, ehtiyatlı olmalıyıq

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Azərbaycan millisi aqressiv, güclü komandadır və qrupun birincisidir. Buna görə də biz ehtiyatlı olmalıyıq".

"Report" xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernard Şallan UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə keçirəcəkləri oyunlar ərəfəsində mətbuat konfransında deyib. O bildirib ki, rəqibə mərhəmət hissindən söhbət gedə bilməz: “Bizim problemlərimiz var. Amma məşqçilər korpusu olaraq yalnız qrupdakı 3 rəqiblə oyunlar üçün deyil, gələcəyin komandasını qurmaq üzərində işləyirik. Nəticələri qeyd etməyə üstünlük vermirəm. Albaniya ilə yoldaşlıq matçındakı qələbə bizim üçün təhlükəli olar bilər. Yoldaşlıq görüşlərindəki nəticələr bizi aldatmamalıdır”.

Şallan Meritan Şabani və Floran Xaderconajın gələcəkdə Kosovo millisinin heyətinə cəlb oluma perspektivinə də toxunub. O, yığmanın qapılarının bu futbolçular üçün açıq olduğunu deyib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi