Yuxarı

Kosovo Futbol Federasiyası AFFA rəsmiləri üçün ziyafət təşkil edib

Kosovo Futbol Federasiyası AFFA rəsmiləri üçün ziyafət təşkil edib

Bakı. 22 mart. REPORT.AZ/ Kosovo Futbol Federasiyası (FFK) AFFA rəsmiləri üçün ziyafət təşkil edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə FFK-nın vitse-prezidenti Agim Ademi, baş katib Eroll Salihu, İcraiyyə Komitəsinin üzvü Helal Broya, Azərbaycan tərəfindən isə milli assosiasiyanın texniki direktoru Bernhard Lippert və menecer Murad Tahirov iştirak ediblər.

Görüş zamanı E.Salihu qonaqlara Kosovo futbolu barədə məlumat verib. Həmçinin tərəflər bir-birlərinə hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo və Azərbaycan yığmaları qarşılaşacaqlar. Mitrovitsa şəhərində Adem Yaşari Olimpiya stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi