Yuxarı
    Bağlamaq

    "Konyaspor" tarixində ilk dəfə Türkiyə Kubokunun sahibi olub

    Oyunun taleyini penaltilər seriyası müəyyən edib© Foto: Anadolu

    Bakı. 1 iyun. REPORT.AZ/ "Konyaspor" futbol üzrə Türkiyə Kubokunun final oyununda "Başakşəhəri"i məğlub edib.

    "Report" xəbər verir ki, çərşənbə günü Əskişəhərdə keçirilən matçın əsas və əlavə dəqiqələri 0:0-lıq bərabərliklə başa çatıb.

    Oyunsonrası penaltilər seriyasında "Konyaspor" futbolçuları 4:1 üstün olub.

    "Konyaspor" tarixində ilk dəfə olaraq Türkiyə Kubokunu qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi