Konte ardıcıl üçüncü dəfə İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

Konte ardıcıl üçüncü dəfə İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib "İndi bizə komanda işini uğurla davam etdirmək vacibdir"
Futbol
14 Yanvar , 2017 04:16
Konte ardıcıl üçüncü dəfə İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Londonun "Çelsi" klubunun italiyalı baş məşqçisi Antonio Konte ardıcıl üçüncü dəfə ayın məşqçisi adını qazanmaqla İngiltərə Premyer Liqasında rekorda imza atıb.

"Report" xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

Onun komandası dekabr ayı ərzində keçirdiyi altı oyunda maksimum sayda xal toplaya bilib. "Çelsi" futbolçuları əvvəlki iki ayda olduğu kimi hücum futbolu sərgiləyərək müdafiədə etibarlı oynayıblar. "Zadəganlar" dekabrda cəmi 3 qol buraxıblar, rəqib qapılarına 13 qol vurulub.

"Mən çox fəxr edirəm. Bu mənim üçün böyük şərəfdir, lakin mən bütün oyunçularıma, komandanın personalına və kluba minnətdarlıq etmək istəyirəm, çünki bu bizim ümumi mükafatımızdır. İndi bizə komanda işini uğurla davam etdirmək vacibdir", - deyə italiyalı baş məşqçi bildirib.

Son xəbərlər

Orphus sistemi