Konfederasiyalar Kubokunun püşkü atılıb

Konfederasiyalar Kubokunun püşkü atılıb Turnirin açılış oyununda Rusiya Yeni Zelandiya ilə qarşılaşacaq
Futbol
26 Noyabr , 2016 19:45
Konfederasiyalar Kubokunun püşkü atılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun püşkatma mərasimi olub.

"Report" xəbər verir ki, mərasim Kazan şəhərində baş tutub.

Püşkatmanın nəticələrinə görə, "A" qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, "B" qrupunda isə Almaniya, Çili, Avstraliya və Afrika Kubokunun qalibi mübarizə aparacaq.

Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək.

Turnirin 16 oyunu Rusiyanın dörd şəhərində - Sankt-Peterburq, Kazan, Moskva və Soçidə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi