Yuxarı

Konfederasiyalar Kuboku: Yeni Zelandiya qrupda qalıb, Rusiya üçüncü pilləyə düşüb - VİDEO

Konfederasiyalar Kuboku: Yeni Zelandiya qrupda qalıb, Rusiya üçüncü pilləyə düşüb - VİDEO
Son turda Rusiya Meksikaya qalib gələ bilməsə, qrupda qalacaq
© Foto: TASS

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyada davam edən Konfederasiyalar Kubokunda II turun növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, "A" qrupunda meydan sahiblərinin sonuncu Avropa çempionu Portuqaliyaya məğlubiyyətindən sonra, qrupun digər qarşılaşmasında Yeni Zelandiya Meksikaya 1:2 hesabı ilə uduzub.

Bununla da Yeni Zelandiya ilk 2 görüşdə uduzduğu üçün qrupda qalıb. Meksika və Portuqaliya hərəyə 4 xalla şərikli liderliyə yüksəlib. Rusiya isə 3 xalla üçüncü pilləyə enib.

İyunun 24-də keçiriləcək son turda Rusiya Meksikaya qalib gələ bilməsə, qrupda qalacaq. Portuqaliya isə Yeni Zelandiyaya qalib gəlməlidir ki, yarımfinala qrup lideri kimi adlasın.

Konfederasiyalar Kuboku

A qrupu, II tur

19:00. Rusiya – Portuqaliya - 0:1

Qol: Kriştianu Ronaldu, 8

Baş hakim: Canluka Rokki (İtaliya)

Moskva. "Spartak" stadionu

22:00. Meksika – Yeni Zelandiya - 2:1

Qollar: Raul Ximenes, 54. Oribe Peralta, 72 - Kris Vud, 42

Baş hakim: Bakari Qassama (Qambiya)

Soçi. "Fişt" stadionu

Xal durumu: Meksika – 4, Portuqaliya - 4, Rusiya – 3, Yeni Zelandiya – 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi