"Səbail"in kapitanı: "Qəbələ" ilə xal fərqini artırmalıyıq"

"Səbail"in kapitanı: "Qəbələ" ilə xal fərqini artırmalıyıq" Komandada hamı Keşlə ilə oyunda qazandığımz üç xaldan razıdır. Növbəti oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Futbol
14 Fevral , 2020 16:38
Səbailin kapitanı:  Qəbələ ilə xal fərqini artırmalıyıq

"Komandada hamı "Keşlə" ilə oyunda qazandığımz üç xaldan razıdır. Növbəti oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

"Report" xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Rahid Əmirquliyev klubun Mətbuat xidmətinə açıqlamasında Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində doğma meydanda "Qəbələ" ilə keçirəcəkləri oyun haqqında danışarkən deyib. 

Kapitan bildirib ki, fkirləri növbəti turda "Qəbələ" ilə oyuna yönəlib: "Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".

Qeyd edək ki, fevralın 16-da "ASCO Arena"da keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi