Yuxarı

"Xəzər Lənkəran" ​Klublar Komitəsinin növbəti iclaslarında da təmsil olunacaq

Fikrət Hüseynov: Çalışacağıq ki, komandanı bu durumdan çıxaraq

Bakı. 1 iyun. REPORT.AZ/ AFFA Klublar Komitəsinin (KK) növbəti iclasının vaxtı müəyyənləşib. Komitə sədri, AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov "Report"a açıqlamasında iclasın növbəti həftənin əvvəlinə planlaşdırıldığını deyib.

F.Hüseynov artıq klublara məlumat verildiyini bildirib: "İclas ya iyunun 7-də, ya da 8-də keçiriləcək. Hələ dəqiq günü müəyyənləşdirməmişik. Artıq bu barədə klublara məlumat verilib".

Komitə sədri Azərbaycan çempionatında iştirakını dayandıran "Xəzər Lənkəran" klubunun da növbəti mövsümədək iclaslara qatılacağını bildirib: "Hələ yeni mövsüm başlayana qədər "Xəzər Lənkəran" komitədə təmsil olunacaq. Biz də komitə olaraq, çalışacağıq ki, "Xəzər Lənkəran"ı bu durumdan çıxaraq. Bunun üçün yollar axtaracağıq".

Qeyd edək ki, AFFA Klublar Komitəsinin son iclası aprelin 19-da keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi