İtaliya klubu ölən futbolçusunu təhqir edən azarkeşləri cəzalandırmaq istəyir

İtaliya klubu ölən futbolçusunu təhqir edən azarkeşləri cəzalandırmaq istəyir Bakı. 26 fevral. REPORT.AZ/ İtaliyanın Fiorentina klubu dünyasını dəyişən futbolçusu David Astorini sosial şəbəkələrdə təhqir edən azarkeşləri cəzalandırmaq niyyətindədir.
Futbol
26 Fevral , 2019 18:53
İtaliya klubu ölən futbolçusunu təhqir edən azarkeşləri cəzalandırmaq istəyir

Bakı. 26 fevral. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubu dünyasını dəyişən futbolçusu David Astorini sosial şəbəkələrdə təhqir edən azarkeşləri cəzalandırmaq niyyətindədir. 

"Report" klubun saytına istinadən xəbər verir ki, Florensiya təmsilçisi sabiq müdafiəçiyə qarşı bəzi fanatların qeyri-etik ifadələr işlətdiyinə görə üzüldüyünü bildirib.

Klub bu şəxslərin tapılması üçün səlahiyyətli orqanlarla daim əlaqədə olduğunu vurğulayıb. "Fiorentina" həmçinin əsl azarkeşləri belə insanlardan uzaq durmağa çağırıb.

Qeyd edək ki, David Astori 2018-ci ilin martında dünyasını dəyişib.  

Son xəbərlər

Orphus sistemi