Kiprdə futbol hakiminin avtomobili yandırılıb

Kiprdə futbol hakiminin avtomobili yandırılıb Maşının qəsdən yandırıldığı üzə çıxıb
Futbol
17 Mart , 2015 17:44
Kiprdə futbol hakiminin avtomobili yandırılıb

Bakı. 17 mart. REPORT.AZ/ Kiprdə naməlum şəxslər futbol hakimi Leontios Trattosun avtomobilini yandırıblar. 

"Report"un "Cyprus-Mail"ə istinadən verdiyi məlumata görə, araşdırmaların ilkin mərhələsi maşının qəsdən yandırıldığını üzə çıxarıb. 

42 yaşlı referinin avtomobili onun evi qarşısında hücuma məruz qalıb. Lakin maşına zərər dəyməyib. 

Qeyd edək ki, bu, Kiprdə futbol hakimlərinə ilk hücum faktı deyil. Ötən ay I divizionda oyunları idarə edən 38 yaşlı hakimin evi qarşısında əl bombası partlayıb. 

Son xəbərlər

Orphus sistemi