Bakı. 6 avqust. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubu İngiltərə millisinin futbolçusu Harri Keyn üçün “Tottenhem”ə rekord məbləğ təklif etməyə hazırlaşır.
“Report” “Don Balon”a istinadən xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı forvarda 250 milyon avro ödəməyə hazırdır. Futbolçunun illik əmək haqqı isə 30 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ötən yay Fransanın PSJ klubu Braziliya yığmasının hücumçusu Neymarı İspaniya “Barselona”sından 222 milyon avroya transfer etməklə rekord müəyyənləşdirib.