KİV: Qətər DÇ-2022-yə ev sahibliyi hüququndan məhrum edilə bilər

KİV: Qətər DÇ-2022-yə ev sahibliyi hüququndan məhrum edilə bilər Futbol üzrə 2022-ci il dünya çempionatı Qətərdə keçirilməyə bilər.
Futbol
20 İyun , 2019 15:10
KİV: Qətər DÇ-2022-yə ev sahibliyi hüququndan məhrum edilə bilər

Futbol üzrə 2022-ci il dünya çempionatı Qətərdə keçirilməyə bilər.

"Report" "TNT Sports"a istinadən xəbər verir ki, FIFA mundialın ev sahibliyi seçimindəki korrupsiya qalmaqalı səbəbindən çempionatın təşkilini təcili başqa bir ölkəyə həvalə edə bilər. Qurumun hazırda bunun üçün gizli görüşlər keçirdiyi bildirilir.

Qeyd edək ki, DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı qərar 2010-cu ilin dekabrında qəbul olunub. Qətərlə yanaşı, ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya yarışı keçirmək üçün namizədliyini irəli sürüb. Bir müddət əvvəl UEFA-nın sabiq prezidenti Mişel Platini DÇ-2022-nin Qətərə verilməsi ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılaraq ifadəsi alınıb.

Son xəbərlər

Orphus sistemi