Yuxarı

​Mişel Platini Avropa çempionatında oyunları stadiondan izləməkdən imtina edib

O, yeni sanksiyalardan ehtiyatlanıb

Bakı. 3 iyun . REPORT.AZ/ UEFA prezidenti Mişel Platini iyunun 10-da vətəni Fransada start götürəcək futbol üzrə Avropa çempinatının oyunlarını stadionda izləməkdən imtina edib.

"Report"un DPA-ya istinadən verdiyi məlumata görə, Fransa futbolunun canlı əfsanəsi FİFA Etika Komitəsi tərəfindən yeni sanksiyalara məruz qalacağından ehtiyatlanır. Fransa Futbol Federasiyası onu fərd olaraq, oyunları stadiondan izləməyə dəvət edəcəyini açıqlamışdı. Avropa çempionatı iyulun 10-dək davam edəcək. 

Qeyd edək ki, İsveçrənin Federal Ədliyyə Bürosu 2015-ci il sentyabrın 25-də FİFA-nın o vaxtkı prezidenti Yozef Blatterin 2011-ci ildə Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı məbləğində qeyri-qanuni köçürmə etməsi şübhəsi ilə iş açıb. Ötən il dekabrın 21-də hər iki şəxs ali futbol qurumun Etika Komitəsi tərəfindən 8 il müddətinə kənarlaşdırılıb. Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və cəzanı 6 ilə endirib.

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) mayın 8-də 2007-ci ildən UEFA-ya başçılıq etmiş Mişel Platininin futbol sahəsindəki fəaliyyətinə qoyulmuş qadağanın 6 ildən 4 ilə endirilməsi haqda qərar qəbul edib.

Məhz kənarlaşdırılması səbəbindən M.Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi