KİV: Matteys de Liqt "Yuventus"la şəxsi müqaviləsini razılaşdırıb

KİV: Matteys de Liqt "Yuventus"la şəxsi müqaviləsini razılaşdırıb Hollandiyanın “Ayaks” klubunun futbolçusu Matteys de Liqt yaxın günlərdə İtaliya təmsilçisi “Yuventus”a keçəcək.
Futbol
27 İyun , 2019 10:08
KİV: Matteys de Liqt Yuventusla şəxsi müqaviləsini razılaşdırıb

Hollandiyanın “Ayaks” klubunun futbolçusu Matteys de Liqt yaxın günlərdə İtaliya təmsilçisi “Yuventus”a keçəcək.

“Report” “Sky Sport”a istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi Turin klubu ilə şəxsi sözləşməsinin detallarını razılaşdırıb. Hollandiya yığmasının üzvü “Yuventus”la 5 illik müqavilə bağlayacaq və ilinə 12 milyon avro qazanacaq.

Hazırda italiyalılar “Ayaks”la de Liqtin transfer qiyməti ilə bağlı danışıq aparırlar.

Qeyd edək ki, müdafiəçinin xidmətində Fransanın PSJ, İspaniyanın “Real Madrid” və “Barselona” klublarının da maraqlı olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi