London klubu futbolçusunu 233 milyon avroya satmaq istəyir

London klubu futbolçusunu 233 milyon avroya satmaq istəyir İngiltərənin Tottenhem klubu futbolçusu Kristian Erikseni yay transfer pəncərəsində satmaq istəyir.
Futbol
18 Mart , 2019 20:15
London klubu futbolçusunu  233 milyon avroya satmaq istəyir

İngiltərənin "Tottenhem" klubu futbolçusu Kristian Erikseni yay transfer pəncərəsində satmaq istəyir.

"Report" "Daily Express"ə istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferindən ən azı 233 milyon avro qazanmaq niyyətindədir. Danimarkalı oyunçunu İspaniya "Real Madrid"i heyətinə qatmağı planlaşdırır. Amma "Barselona" da Eriksen ilə yaxından maraqlanır.

Daha öncə yarımmüdafiəçi müqaviləni uzatmaq üçün "Tottenhem"dən gələn üç təklifi rədd edib.

Qeyd edək ki, Kristian Eriksen bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Danimarkalı oyunçu 2013-cü ildə 13.5 milyon avro qarşılığında Hollandiya "Ayaks"ından İngiltərə klubuna keçib. 

Son xəbərlər

Orphus sistemi