KİV: FIFA İspaniya çempionatının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək

KİV: FIFA İspaniya çempionatının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək Bakı. 24 oktyabr. REPORT.AZ/ FIFA İspaniya La Liqasının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək.
Futbol
24 Oktyabr , 2018 16:45
KİV: FIFA İspaniya çempionatının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ FIFA İspaniya La Liqasının oyununun ABŞ-da keçirilməsinə icazə verməyəcək.

“Report” sporte.es saytına istinadən xəbər verir ki, bununla bağlı qərar ali futbol qurumunun Şurasının oktyabrın 26-da Ruandanın paytaxtı Kiqalidə baş tutacaq iclasında qəbul olunacaq.

İspaniya Kral Futbol Federasiyası da La Liqa matçının ölkə hüdudlarından kənarda baş tutmasının əleyhinədir.

Qeyd edək ki, La Liqa rəhbərliyi XXI turun “Jirona” – “Barselona” oyununun ABŞ-da təşkilini planlaşdırır. Oyun 2019-cu il yanvarın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi