KİV: "Çelsi"nin baş məşqçisi postunda dəyişiklik olacaq

KİV: "Çelsi"nin baş məşqçisi postunda dəyişiklik olacaq Yeni baş məşqçi məlumdur
Futbol
6 Fevral , 2018 17:56
KİV: Çelsinin baş məşqçisi postunda dəyişiklik olacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Antonio Konte tezliklə İngiltərənin “Çelsi” futbol komandasının baş məşqçisi postundan istefaya göndəriləcək.

“Report”un sports.es saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisi ispaniyalı Luis Enrike əvəzləyəcək. Enrike əvvəllər İspaniyanın “Barselona” və İtaliyanın “Roma” kollektivlərinə rəhbərlik edib.

“Çelsi” ötən gün Premyer Liqanın XXVI tur matçında “Uotford”a səfərdə 1:4 hesabı ilə uduzub. Bu, "zadəganlar"ın ardıcıl ikinci böyükhesablı məğlubiyyətidir. “Göylər” hazırda 50 xalla 4-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, Antoni Konte "Çelsi"yə 2016-cı ilin yayından rəhbərlik edir. O, ötən mövsüm komandaya İngiltərə çempionluğu qazandırıb.

Son xəbərlər

Orphus sistemi