KİV: Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər

KİV: Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər Bakı. 3 noyabr. REPORT.AZ/ Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər.
Futbol
3 Noyabr , 2018 09:47
KİV: Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər

Bakı. 3 noyabr. REPORT.AZ/ Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər.

“Report” “Spiegel” jurnalına istinadən xəbər verir ki, bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu “11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.

Super Liqanın yaradıcıları Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid”, “Barselona”, İtaliyanın “Yuventus”, “Milan”, İngiltərənin “Arsenal”, “Çesli”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul” və Fransanın RSJ komandaları olacaq.

İspaniyanın “Atletiko”, Almaniyanın “Borussiya” (Dortmund), Fransanın “Marsel”, İtaliyanın “İnter” və “Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.

Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir.

Son xəbərlər

Orphus sistemi