"Keşlə" yeni adla ilk oyununda autsayderə uduzub

"Keşlə" yeni adla ilk oyununda autsayderə uduzub "Kəpəz" ikinci qələbəsini qazansa da, son pillədən qurtula bilməyib
Futbol
28 Oktyabr , 2017 16:55
Keşlə yeni adla ilk oyununda autsayderə uduzub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

"Report" xəbər verir ki, ikinci oyun günüdə "Keşlə" "Kəpəz"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cari çempionatda 2-ci qalibiyyətini əldə edən Gəncə təmsilçisi xallarını 7-ə çatdırsa da, sonunc pillədən qurtula bilməyib. "Kəpəz" bu gün məğlub etdiyi "Keşlə"dən 1 xal və 1 pillə geri qalır.


Azərbaycan Premyer Liqası, X tur 

28 oktyabr (şənbə)

15:00. "Keşlə” – "Kəpəz” 0:2 

Qollar: Viktor Oseqeyl, 15. İlyas Səfərzadə, 64 

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 

AFFA nümayəndəsi: Zamiq Hüseynov 

Hakim-inspektor: Asim Xudiyev 

Bakı. "İnter Arena”

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Səbail"i məğlub edib - 1:0. Bu gün keçiriləcək "Zirə" - "Qəbələ" matçı isə saat 17:00-da start götürəcək. Tura oktyabrın 29-da "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi