"Keşlə"nin yeni transferi: "Bura gələnədək Azərbaycandan heç bir futbolçunu tanımırdım"

"Keşlə"nin yeni transferi: "Bura gələnədək Azərbaycandan heç bir futbolçunu tanımırdım" "Hələ bir-birimizi tanımalı və meydanda uyğunlaşmalıyıq"
Futbol
11 Yanvar , 2018 15:37
Keşlənin yeni transferi: Bura gələnədək Azərbaycandan heç bir futbolçunu tanımırdım

Bakı. 11 yanvar. REPORT.AZ/ "Cəmi bir həftədir ki, buradayam. Yeni klubum və komanda yoldaşlarım barədə suala cavab vermək üçün daha çox vaxt tələb olunur. Çünki hələ bir-birimizi tanımalı və meydanda uyğunlaşmalıyıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakının "Keşlə" klubunun yeni transferi Pablo Podio deyib. Çexiyalı "Zlin"indən gələn 29 yaşlı yarımmüdafiəçi digər oyunçularla birgə "Keşlə"yə kömək etməyə gəldiyini bildirib: "İlkin mərhələ üçün müqaviləm mövsümün sonunadək nəzərdə tutulub. Mövsüm bitdikdən sonra "Keşlə" rəhbərliyi ilə oturub gələcək üçün qərar verəcəyik. Hələlik klubun prezidenti Zaur Axundovla görüşməmişəm. Görüşəndə "Keşlə" və klubun gələcəyi barədə danışacağıq. Bura gələnədək Azərbaycandan heç bir futbolçunu tanımırdım. Yalnız bilirdim ki, qapıçı Kamran Ağayev Çexiya çempionatında çıxış edib".

Argentinalı legioner Azərbaycan komandalarından "Qarabağ"ı da tanıdığını söyləyib. Lakin o, Ağdam komandası və "Qəbələ" ilə görüşlərdə çətinlik çəkəcəklərinə inanmadığını bildirib: "Bizim yaxşı, texnikalı oyunçularımız var. Matç o vaxt çətin olur ki, özün zəif oynayırsan. Belə rəqiblərlə oynamağa qadirik".

Son xəbərlər

Orphus sistemi