"Keşlə"nin baş məşqçisi: "Rauf Əliyev klubumuzla yarım illik müqavilə bağlamaq istəyir"

"Keşlə"nin baş məşqçisi: "Rauf Əliyev klubumuzla yarım illik müqavilə bağlamaq istəyir" "Onun yayda Albaniya klubuna icazəsiz keçidi, komandanı çətin vəziyyətdə qoyması ilə bağlı müəyyən inciklik var"
Futbol
11 Yanvar , 2018 15:58
Keşlənin baş məşqçisi: Rauf Əliyev klubumuzla yarım illik müqavilə bağlamaq istəyir

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyevin "Keşlə" ilə müqavilə məsələsinin uzanma səbəbi müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə "Keşlə"nin yeni baş məşqçisi Yuri Maksimov bildirib.

Onun sözlərinə görə, klub rəhbərliyi və məşqçilər heyəti 29 yaşlı hücumçunun qayıdışını çox istəyir: "Rauf Əliyev haqda çox yaxşı fikirdəyik. Düzdür, mövsümün əvvəlində Albaniyanın "Kukesi" klubuna icazəsiz keçidi, komandanı çətin vəziyyətdə qoyması ilə bağlı müəyyən inciklik var. Digər tərəfdən, Əliyev yarım illik, biz isə daha uzun müddətli müqavilənin bağlanmasını istəyirik. Bəzi nüanslar var. Hər şey onun özündən asılıdır. Biz Raufu komandada görmək istəyirik. Məsələni həll edəcəyik".

Qeyd edək ki, Rauf Əliyev Albaniyanın "Kukesi" klubundan bu yaxınlarda ayrılıb. Qaydalara əsasən, o, üçüncü komandaya keçə bilməz. Əliyev ya "Keşlə"yə qayıtmalı, ya da çempionatı yaz-payız sistemi ilə keçirilən ölkəyə üz tutmalıdır.

Son xəbərlər

Orphus sistemi