Yuxarı

“Keşlə”nin baş məşqçisi: "Biz futbolçuları sözlə motivasiya edirik"

“Keşlə”nin baş məşqçisi: "Biz futbolçuları sözlə motivasiya edirik"

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində evdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Əsəbi bir oyun alındı. Hər iki komandada gərginlik var idi. Fasilədə bəzi taktiki dəyişiklik etdik. Bu gün əzmkarlıq göstərib vacib 3 xal qazandıq. Hər iki komanda gözəl futbol oynadı. Bu qələbə bizə lazım idi. Oyundan oyuna daha baxımlı futbol göstərməyə çalışırıq.

- Bu gün futbolçularınız oyuna nə yeyib çıxmışdılar?

- Biz futbolçuları sözlə motivasiya edirik.

- Bu düzülüşlə ilk dəfə idi oynayırdınız?

- Farta inanan adam deyiləm. Sadəcə, həftəlik tsikldə kim daha yaxşıdı, o da meydana çıxır. Əfran tam hazır olsaydı, bəlkə də start heyətində yer alardı. Əsas odu ki, heyətdə rəqabət yaranır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi